Aİ-nin xüsusi nümayəndəsi: Yekun sülhə doğru irəliləyiş var, Brüssel tərəfləri dəstəkləyir
18:38 DünyaAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalenа Qrono 18-19 noyabr tarixlərində Ermənistana səfərinin yekunlarını dəyərləndirərək keçirilmiş danışıqları intensiv və məzmunlu adlandırıb.
Olaylar xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qrononun X sosial şəbəkəsində yazdığına görə, o, baş nazirin müavini Mher Qriqoryana, xarici işlər naziri Ararat Mirzoyana və digər rəsmilərə Azərbaycan və Ermənistan arasında sülh prosesi, erməni-türk münaqişəsinin həlli, regional əməkdaşlıq, kommunikasiyalar və humanitar məsələlər üzrə dərin fikir mübadiləsinə görə təşəkkür edib".
Qrono bir daha Avropa İttifaqının Ermənistan və Azərbaycan tərəfdaAzərbaycan və Ermənistanı yekun sülhə aparan yolda və regionun inkişafında dəstəyini təsdiqləyib.