Fransa XİN: Ukrayna kapitulyasiya edə bilməz
17:07 DünyaUkraynada sülh Kiyevin kapitulyasiyası yolu ilə təmin edilməməlidir.
Olaylar.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Fransa XİN rəhbəri vurğulayıb ki, hazırda sülhün əldə olunmasına mane olan əsas tərəf Rusiya rəhbərliyidir:
"Prinsipial mövqe ondan ibarətdir ki, proses təmas xətti boyunca atəşkəslə başlamalıdır. Bu isə ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə danışıqların aparılmasına şərait yaradacaq. Artıq üç ildən çoxdur Rusiya hücumuna qarşı mübarizə aparan ukraynalılar heç bir formada kapitulyasiya variantını qəbul etmir".
Xatırladaq ki, noyabrın 19-də "Axios" portalı ABŞ-nin Ukrayna üzrə 28 bəndlik yeni plan hazırladığını açıqlamışdı.
Sənədin hazırlanmasında ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun əsas rol oynadığı bildirilir. (teleqraf)