İranda gərginlik yaradan hicab qanunu: Tehran niyə onu tətbiq etməkdən çəkinir?
15:15 Dünya"İranda yeni hicab qanununun tətbiqinə İsrailin ölkəyə hücum ehtimalı səbəb olub".
Olaylar.az xəbər verir ki, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi çıxış edib.
"Hizbullah" lideri) Həsən Nəsrullahın öldürülməsi və (İsrailə qarşı) "Doğru vəd 2" əməliyyatından sonra belə qənaətə gəldik ki, İsrailin İrana hücum ehtimalı var, nəticədə Milli Təhlükəsizlik Komitəsi "Hicab və iffət" qanununun tətbiqinin təxirə salınmasına qərar verdi. Bu, yaxşı bir qanundur, amma İranda elə qurumlar var ki, həssas vəziyyət nəzərə alınaraq bu qanunun tətbiqi təxirə salındı. Cəmiyyətin hazırkı vəziyyətinə uyğun olaraq hicabla bağlı məlumatlıyıq, amma təhlükəsizlik məsələlərini nəzərə almadan qərar verə bilmərik", - o bildirib.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi "Hicab və iffət" adlı yeni qanun qəbul edib. Cəhd ölkədə etirazları bir qədər də genişləndirib. Bu günlərdə isə Tehran və bəzi iri şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir. Dini-siyasi rejimin nümayəndələri bu fonda hicab qaydalarını sərtləşdirən "Hicab və iffət" qanununun tətbiqini gündəmə gətirirlər. (teleqraf)