SON DƏQİQƏ: Rusiyada Polşa səfirinə HÜCUM
15:11 DünyaSankt-Peterburqda Polşanın səfiri Kşiştof Krayevskiyə hücum edilib.
Olaylar.az xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" məlumat yayıb.
Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Maçey Vevior bildirib ki, Krayevskiyə hücum 16 noyabr, bazar günü baş verib.
Polşa qəzetinin məlumatına görə, hadisə səfirin Polşa Müstəqillik Gününü qeyd etmək üçün yerli polşalılarla görüşmək məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gəlməsi zamanı baş verib.
Hadisə təxminən günorta saatlarında baş verib. Səfir konsulun müşayiəti ilə Müqəddəs Yekaterina Aleksandriyskaya bazilikasında keçiriləcək polyaklar üçün dini mərasimə gedərkən, onu agressiv rus "aktivistləri" əhatəyə alıb.
Qeyd olunur ki, onlar əllərində polyaklar və ukraynalılara qarşı şüarlar yazılmış plakatlar tutublar və daha sonra səfirə hücum ediblər.
"Əvvəlcə təhqirlər səsləndirilib, lakin sonra açıq şəkildə fiziki güc tətbiq etmək cəhdi olub. Bu zaman mühafizə işə qarışıb", - deyə Vevior bildirib.
Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi səfirin ciddi xəsarət almadığını əlavə edib. (musavat.com)