Türkiyədən TARİXİ UĞUR: "Bayraktar KIZILELMA" F-16-nı vurdu
13:19 DünyaTürkiyənin ilk pilotsuz qırıcı təyyarəsi "Bayraktar KIZILELMA" sınaq təlimlərində mühüm nailiyyət əldə edib.
Olaylar.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, pilotsuz qırıcı 48 kilometr məsafədən F-16 qırıcı təyyarəsini aşkar edərək izləyib və "MURAD AESA" radiolokasiya sistemi vasitəsilə hədəfi dəqiq şəkildə müəyyənləşdirib.
Təlim çərçivəsində KIZILELMA daha sonra hava-hava tipli GÖKDOĞAN raketi ilə ideal simulyativ zərbə endirib, hədəfi uğurla "məhv" edib.
Sınaqlar bununla da bitməyib - pilotsuz qırıcı F-16 ilə birgə formasiya uçuşu edərək radar, raket sistemi və məlumat ötürmə kanallarının inteqrasiyasını tam şəkildə doğrulayıb. (musavat)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31