Paşinyan: Valideynlər ordudan yayındırmaq üçün uşaqlarını qeydiyyatdan keçirmirlər

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə daimi yaşamayan uşaqlara doğum müavinəti ödənilib-ödənilməməsi ilə bağlı müzakirələrə münasibət bildirib.

Olaylar.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

"Ordu ilə bağlı bir məsələ var. İldə bir dəfə Vardavar bayramında gəlirlər, qeydiyyatdan keçirlər, bu, düzgün deyil. Uşaqlar qeydiyyata alınmalıdır. Qeydiyyatdan keçməmək orduda xidmət etməmək üçün edilir və bu qəbuledilməzdir.

Hazırda məsələni bu məntiqə uyğun tənzimləyirik: doğumdan sonra bir il ərzində gəlir, qeydiyyat keçir və Ermənistan vətəndaşlığını qəbul edirlərsə, müavinəti alacaqlar, əks halda, almayacaqlar. Bəli, bunu çox aydın şəkildə qeyd etmək lazımdır, belə bir şey etmək olmaz və bu məsələ bağlanmalıdır. Əgər onların həyatlarının mərkəzi Ermənistan deyilsə, niyə pulu Ermənistan ödəməlidir?", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31