Qanun imzalandı –Materiallar 30 gün ərzində açıqlanacaq
10:49 DünyaABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənən və ABŞ hökumətindən uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialları açıqlamağı tələb edən qanun layihəsini imzalayıb.
Olaylar.az xəbər verir ki, Amerika lideri bunu 19 noyabrda Truth Social-da elan edib. O, qeyd edib ki. "Epşteynlə bağlı materialları açıqlamaq üçün qanun layihəsini imzalayıb".
ABŞ prezidenti maliyyəçinin Demokrat olduğunu və Demokrat siyasətçilərə "minlərlə dollar bağışladığını" vurğulayıb. Trampın sözlərinə görə, Epşteyn, xüsusən də "Demokrat Partiyası daxilində bir çox tanınmış şəxslə sıx əlaqədə olub". Onların arasında Tramp ABŞ-ın 42-ci prezidenti Bill Klinton və Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffrisin adını çəkib. Trampın sözlərinə görə, Ceffris "Epşteynə qarşı ittiham irəli sürüləndən sonra Epşteyndən onun kampaniyasına ianə etməsini istəyib".
Administrasiya rəhbəri qeyd edib ki, "bəlkə də bu demokratlar və onların Ceffri Epşteynlə əlaqələri haqqında həqiqət tezliklə üzə çıxacaq". Tramp xatırladıb ki, ABŞ qanunvericilərini ABŞ Ədliyyə Nazirliyinin yuxarıda qeyd olunan materialları 30 gün ərzində yayımlamasını tələb edən qanun layihəsini təsdiqləməyə çağırıb. O, əlavə edib ki, onun göstərişi ilə Ədliyyə Nazirliyi artıq Konqresə maliyyəçinin işi ilə bağlı təxminən 50.000 səhifə sənəd təqdim edib. Amerika liderinin sözlərinə görə, "bu, Demokratların özlərinə əks təsir göstərəcək". (Musavat.com)