Zurabişvili Gürcüstanda Rusiyaya qarşı etiraz aksiyası təyin etdi - ÖZƏL

Keçmiş Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə Rusiyaya yönələn siyasətə qarşı etiraz aksiyasının keçiriləcəyini bəyan edib.

Bu barədə Olaylar  "Formula"-ya istinadən xəbər verib.

Siyasətçi, Gürcüstanın Avropa İttifaqına üzvlük üzrə danışıqların dayandırılması ilə bağlı baş nazir İrakli Kobahidze və hakim "Gürcü Arzusu" partiyasının qərarının birinci ildönümündə etiraz aksiyasının təşkil olunacağını bildirib. Bu qərar o zaman müxalifətlə polis arasında toqquşmalara səbəb olmuşdu.

Zurabişvili bildirib: "Biz baş nazirin Avropa qarşısında qəbul etdiyi bu antieuropa qərarını və ölkənin məqsədli şəkildə izolyasiyasına, Rusiyaya doğru yönəlməsinə razı ola bilmərik."

Həmçinin, Zurabişvili əvvəlki bəyanatlarında, Gürcüstan təhsil sistemindəki islahatlarla əlaqədar olaraq gürcü müəllimlərinin Rusiyaya göndərilməsi təklifini irəli sürmüşdü.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31