BVF: 2026-cı ilin sonuna kimi Qazaxıstanda inflyasiya 11%-ə düşəcək – ÖZƏL
15:40 DünyaBeynəlxalq Valyuta Fondu (BVF) Qazaxıstanda inflyasiyanın 2026-cı ilin sonuna qədər 11%-ə enəcəyini proqnozlaşdırıb. Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
BVF-nin Qazaxıstan üzrə missiya rəhbəri Əli əl-Eyda bildirib ki, ölkədə qiymət artımı tempinin növbəti iki il ərzində tədricən zəifləməsi gözlənilir. Onun sözlərinə görə, cari ilin sonuna inflyasiya təxminən 13% səviyyəsində qalacaq, daha sonra isə mərhələli şəkildə azalaraq 2026-cı ilin sonunda 11%-ə düşəcək.
Fond inflyasiyanın yüksək qalmasının əsas səbəbləri kimi güclü daxili tələbi, idxal olunan məhsulların qiymətlərində artımı, həmçinin bir sıra müvəqqəti amilləri göstərir. Bu müvəqqəti amillərə kommunal xidmət tariflərinin artırılması və planlaşdırılan vergi dəyişiklikləri də daxildir ki, onlar da ölkə iqtisadiyyatında qiymət səviyyəsinə təsir edə bilər.