Rusiya hava hücumundan müdafiə sistemi Krım üzərində öz təyyarəsini vurdu – SU-30SM məhv edildi

Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirib ki, Rusiya ordusunun hava hücumundan müdafiə sistemi Krım üzərində səhvən öz hərbi təyyarəsini - Su-30SM-ni vurub.

Olaylar.az xəbər verir ki, hadisə oktyabrın 17-nə keçən gecə Ukrayna dron hücumlarını dəf etmək cəhdi zamanı baş verib. Pletençukun sözlərinə görə, Rusiya HHM qüvvələri hədəfi səhv müəyyənləşdirərək, öz qırıcı təyyarəsini vurub.

Bundan əlavə, Gvardeysk rayonu istiqamətində baş verən gecə zərbələrindən sonra "ATAN" yanacaqdoldurma şəbəkəsinə məxsus neft bazasında güclü yanğın başlayıb.

Yerli mənbələr yanğının uzun müddət söndürülə bilmədiyini, partlayışların səsinin isə yaxın yaşayış məntəqələrində eşidildiyini bildirir.

Hadisə Rusiya ordusunun Krımda hava hücumlarına qarşı müdafiə sistemində koordinasiya problemlərini bir daha gündəmə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31