Rusiya qazının bahalaşma riski Ermənistan iqtisadiyyatını ciddi təhlükə ilə üz-üzə qoyur – ÖZƏL
11:22 İqtisadiyyatOlaylar.az xəbər verir ki, iqtisad elmləri doktoru Karen Adonts "Sputnik Armenia"ya müsahibəsində bildirib ki, Rusiya qazının mümkün bahalaşması Ermənistan iqtisadiyyatında inflyasiyanın sürətlənməsinə və istehsal xərclərinin kəskin artmasına gətirib çıxara bilər. Ekspert ölkədə illik inflyasiyanın oktyabrda 4,3% təşkil etməsinə baxmayaraq, əsas ərzaq və yanacaq məhsullarında (məsələn, mal əti 22,2%, dizel 37,3%, sıxılmış qaz 52,4%) kəskin qiymət artımının qeydə alındığını diqqətə çatdırıb. Xarici riskləri azaltmaq üçün iqtisadiyyatın strukturunu dəyişməyi və sənaye sahələrini inkişaf etdirməyi vacib sayan Adonts vurğulayıb ki, hazırda min kubmetri 177,5 dollara alınan qazın qiymətinin üçdəfəlik artması illik 1 milyard dollar əlavə xərc deməkdir. Mərkəzi Bank qazın 10% bahalaşmasının inflyasiyanı 0,8 faiz bəndi artıracağını, Avrasiya İqtisadi İttifaqının hesabatı isə 69%-lik artımın ÜDM-in 15,6%-i həcmində mənfi təsir göstərəcəyini proqnozlaşdırır. İqtisadçı kəskin böhranın qarşısını almaq üçün Rusiya ilə münasibətlərin tənzimlənməsini və kompromis həll yollarının tapılmasını vacib hesab edir.