Macarıstan XİN rəhbəri: “Putin və Tramp görüşünə hazırlıq tam sürətlə gedir”
13:28 DünyaMacarıstanın xarici işlər naziri Peter Siyyarto açıqlayıb ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında gözlənilən görüşə hazırlıqlar artıq tam sürətlə davam edir.
Olaylar.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə X-də paylaşım edərək yazıb:
"Elə indicə Rusiya prezidentinin xarici siyasət üzrə müşaviri Yuri Uşakovla danışdım".
Mənbələrə görə, bu əlaqə gələcək Putin-Tramp görüşünün koordinasiyası və mümkün mövzuların razılaşdırılması ilə bağlı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31