JCPOA-nın başa çatması İranın nüvə proqramı ətrafında yeni vəziyyət yaradacaq – ÖZƏL
13:19 DünyaRusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) dayandırılması İranın nüvə proqramı ilə bağlı vəziyyətin dəyişməsinə səbəb olacaq. Olaylar.az xəbər verir ki, Ulyanov Telegram kanalında yazıb: "Sabah BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə nüvə sazişini təsdiqləyən 2231 saylı qətnaməsinin müddəti başa çatır. JCPOA öz qüvvəsini itirəcək. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAEA) yalnız Hərtərəfli Təhlükəsizlik Zəmanətləri Sazişi çərçivəsində İrana nəzarət məsələsini müzakirə edəcək. İranın nüvə proqramı ətrafında yeni vəziyyət müşahidə olunur".
Qeyd edək ki, əvvəllər BMT Təhlükəsizlik Şurası Rusiya və Çin tərəfindən təqdim olunan, 2231 saylı qətnamənin qüvvədə qalmasını 6 ay uzatmaq təklifini rədd edib. 28 sentyabrda İrana qarşı BMT sanksiyaları qüvvəyə minib.