El Confidencial: Putin-Tramp görüşü üçün yer seçimi Aİ və NATO-nun üzünə yumruq oldu - ÖZƏL

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən görüşün Budapeştdə keçirilməsi qərarı Avropa İttifaqı və NATO üçün açıq bir siqnal kimi qiymətləndirilir. Olaylar.az xəbər verir ki,  İspaniyanın El Confidencial qəzetində yer alan məqalədə bildirilir ki, bu məkan seçimi Avropaya ünvanlanmış "şillə" təsiri bağışlayır.
Qəzetin məlumatına görə, iki liderin ilk söhbətinin nəticələri nə Ukrayna, nə də Avropa İttifaqı üçün çox ümidverici görünmür. Məqalədə vurğulanır ki, Avropa yalnız baş verənləri izləməklə kifayətlənə bilməz, çünki bölgədə öz maraqları da mövcuddur.
16 oktyabrda Tramp Putinlə söhbətdən sonra görüşün yaxın gələcəkdə Budapeştdə keçiriləcəyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti bu görüşün iki həftə ərzində baş tuta biləcəyini qeyd edib.
Danışıqlar zamanı Ukrayna münaqişəsinin tənzimlənməsi, Vaşinqtonun Kiyevə Tomahawk raketlərinin mümkün tədarükü, Rusiya-ABŞ ikitərəfli münasibətləri və Qəzza sektorundakı vəziyyət müzakirə olunub. Görüşün nəticəsi olaraq prezidentlər əlaqədə qalmağa razılıq veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31