Ukrayna F-16 və hava müdafiəsini gücləndirir- Zelenski açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ən böyük müdafiə şirkətlərindən biri olan "Lockheed Martin" nümayəndələri ilə görüş keçirib.

Olaylar.az xəbər verir ki, görüş zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərinə, raketlərə və F-16 qırıcı təyyarələrinə olan ehtiyacları müzakirə olunub.

Zelenski bildirib ki, Rusiya zərbələrinin artdığı və qış mövsümünün yaxınlaşdığı bir dövrdə Ukrayna üçün hava müdafiəsini möhkəmləndirmək həyati əhəmiyyət daşıyır.

"Bizim əsas prioritetimiz - Ukraynanın səmasını qorumaqdır. Hər yeni hücum, daha güclü hava müdafiə sistemlərinə ehtiyacımızı bir daha göstərir," - deyə Zelenski qeyd edib.

"Lockheed Martin" tərəfi Ukraynaya F-16 təyyarələrinin tədarükü və texniki dəstəyi, həmçinin raket sistemlərinin modernləşdirilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib.

Ekspertlər hesab edirlər ki, bu görüş Ukraynanın müdafiə imkanlarının artırılması və ABŞ-Ukrayna hərbi əməkdaşlığının dərinləşməsi baxımından mühüm addımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31