Bu gecə Günəşdə iki güclü partlayış olub
11:03 DünyaBu gecə Günəşdə M sinfinə aid, yəni ən güclü siniflərdən birinə daxil olan iki partlayış baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"17 oktyabr saat 02:19-da (Bakı vaxtı ilə 03:19) rentgen diapazonunda 4246 (N23W67) ləkə qrupunda 16 dəqiqə davam edən M1.0 sinifli partlayış qeydə alınıb...Saat 04:28-də (Bakı vaxtı ilə 05:28) isə eyni ləkə qrupunda 25 dəqiqə davam edən M1.5 sinifli partlayış müşahidə olunub," - deyə məlumatda bildirilir.
Rentgen şüalanmasının gücünə görə günəş partlayışları beş sinfə bölünür: A, B, C, M və X.
Ən aşağı A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt gücündə şüalanmaya uyğundur. Hər növbəti hərfə keçiddə bu güc 10 dəfə artır. Günəş partlayışları bəzən günəş plazmasının tullantıları ilə müşayiət olunur; bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.