NATO Rusiyaya qarşı hərbi texnikanın istifadəsi qaydalarını yumşaltmağı müzakirə edir - ÖZƏL
14 Oktyabr 20:56 DünyaNATO Rusiyaya qarşı hərbi texnikanın istifadəsi qaydalarının yumşaldılmasını müzakirə edir.
Olaylar "Sky TG24" alyansdakı mənbələrə istinadla məlumat yayıb.
ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker qaydaların dəyişdirilməsi barədə sualı cavablandıraraq bildirib:
"Bizim qırıcılara tətbiq olunan milli məhdudiyyətlər nə qədər çox olarsa, Ali Baş Komandanın operativ şəkildə reaksiya verməsi bir o qədər çətin olur".
Bundan əvvəl Metyu Uitaker 15 oktyabrda Kiyevə hərbi yardım barədə böyük bir açıqlama veriləcəyini xəbər vermişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31