Qaranlıq vebdə Britaniya nazirliklərinin şifrələri sızdırılıb - ÖZƏL

Qaranlıq vebdə Britaniya nazirliklərinə aid, o cümlədən Müdafiə Nazirliyinin məlumatları sızdırılıb.

Olaylar "The Independent" qəzetinə istinadən xəbər verir ki, son bir il ərzində dövlət qurumlarına aid 9 domen üzrə 700-dən çox e-poçt ünvanı və müvafiq şifrə sızdırılıb.

Ən çox sızmalar İngiltərənin Ədliyyə Nazirliyi, Əmək Nazirliyi və Müdafiə Nazirliyində qeydə alınıb.

Bundan əvvəl Rusiya vətəndaşları iCloud hesablarının "müsahibə" adı altında oğurlanması üzrə fırıldaq sxemləri barədə xəbərdar edilmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31