Ukraynanın BMT-dəki nümayəndəsi missiyanın əsas məqsədini açıqlayıb - ÖZƏL

Nyu-Yorkda Ukraynanın BMT-dəki nümayəndəsi Andrey Melnik bildirib ki, Ukraynanın missiyasının əsas məqsədləri Ukraynaya dəstəyin gücləndirilməsi və Rusiyanın təcrid olunmasıdır.

"Bütün səylər bundan sonra da bu məqsədə - Rusiyanın təcrid olunmasına və Ukraynaya dəstəyin artırılmasına yönələcək", - deyə Melnik, "Obşestvennoe" nəşrinə müsahibəsində qeyd edib.

Olaylar xəbər verir ki, bundan əvvəl amerikalı iqtisadçı Rişard Volf YouTube kanalında çıxış edərək, Avropanın Rusiyanı təcrid etməyə çalışmasının səhv olduğunu və qitənin ən böyük ölkəsinin iştirakı olmadan regionda təhlükəsizlik sistemini qurmağın mümkün olmadığını vurğulayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31