Zaxarova: Latviyanın rusların deportasiyası ilə bağlı qərarı insanlığa zidd vəhşilik və nasizmdir - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviyanın rusların deportasiyası barədə qərarını insanlığa zidd vəhşilik və nasizm adlandırıb.

Olaylar xəbər verir ki, söhbət əsasən yaşlı və çox vaxt xəstə insanlardan gedir:
"Yaşlı və çox vaxt xəstə insanlara qarşı bu qeyri-insani, antihuman vəhşiliyi qınayırıq. Bu, əsl nasizmdir", - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi latış dilini bilməklərini təsdiqləməyən həmvətənlərinin ölkədən çıxarılması ilə bağlı Latviyanın insanlığa zidd qərarı ətrafında vəziyyəti diqqətlə izləyir.

Eyni zamanda Zaxarova qeyd edib ki, rusların dərhal kütləvi deportasiyası təhlükəsindən danışmaq hələ tezdir:
"Onlar öz hüquqlarını müdafiə etmək üçün müxtəlif inzibati və hüquqi mexanizmlərdən istifadə edə bilərlər", - deyə diplomat əlavə edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31