Urmiya gölünün duz fırtınası Ərdəbilə də çatdı

Ərdəbildə olan hava çirkliliyi, toz daxili mənşəlidir və əsasən Urmiya gölünün cənubundan başlayan fırtınanın nəticəsidir.

Axar.az xəbər verir ki, bunu Ərdəbil əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin Baş direktoru Kiyumərs Sefidi deyib.

O, İran Ətraf Mühitin Mühafizəsi İdarəsinin də bunu təsdiq etdiyini bildirib.

Qeyd edək ki, Urmiya gölünün qurumuş yatağından başlayan duz fırtınaları ətraf əyalətlərə yayılmaqdadır. Bir gün əvvəl isə duz fırtınasının Qoşaçay (Miyandab) rayonunu bürüdüyü barədə məlumatlar yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31