İranda Fransa vətəndaşları azadlıqdan məhrum edilib

İranın Tehran məhkəməsi iki Fransa vətəndaşını casusluq ittihamı ilə uzunmüddətə azadlıqdan məhrum edib.

Bu barədə İran KİV-i məlumat verib.

Məlumata görə, Tehran məhkəməsində Fransa vətəndaşları Sesil Koler və Jak Pari Fransa və İsrailə casusluq etməkdə ittiham olunublar.

Qərara əsasən, 1 Fransa vətəndaşı 31 il, digər Fransa vətəndaşı isə 32 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qərarla bağlı 20 gün müddətinə apellyasiyaya şikayət edilə bilər.Trend 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31