Mirzoyandan TRIPP layihəsi ilə bağlı İDDİA
17:15 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib ki, TRIPP Ermənistanın cənub hissəsindən keçəcək dəmir yolu xəttidir.
Nazirin sözlərinə görə, Şarm əl-Şeyxdə Azərbaycan xarici işlər naziri ilə keçirilən görüşdə münasibətlərin tənzimlənməsi və infrastrukturun açılması məsələləri müzakirə olunub.
Mirzoyan qeyd edib ki, kommunikasiyaların açılması bir neçə əsas prinsipə - dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əsaslanacaq. Bu prinsiplər TRIPP layihəsinə də şamil edilir.
Hazırda ABŞ tərəfi ilə layihənin texniki həlləri müzakirə olunur və avqustun 8-dən etibarən ilkin işlər görülüb.
Ararat Mirzoyan bildirib ki, yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək və layihənin istismarını ABŞ-Ermənistan birgə şirkəti həyata keçirəcək.