Ukrayna İsrailin Qətərin paytaxtına zərbəsini beynəlxalq hüququn kobud pozuntusu adlandırdı
10 Sentyabr 23:05 DünyaDünyada yeni diplomatik gərginlik yaranıb.
Musavat.com xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtına endirdiyi raket zərbəsini sərt şəkildə pisləyib.
Nazirliyin bəyanatında bildirilir ki, əhalinin sıx yaşadığı əraziyə hücum beynəlxalq hüququn pozulması deməkdir:
"Qəzza sektorunda sülh danışıqlarında vasitəçi rolunu oynayan dövlətin ərazisinə zərbə endirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və beynəlxalq ictimaiyyətin regionda de-eskalasiya istiqamətindəki səylərinə ziddir".
Ukrayna rəsmiləri həmçinin Qətər hökuməti və xalqı ilə həmrəy olduqlarını vurğulayıblar və bu ölkənin suverenliyinin pozulmasının yolverilməz olduğunu bəyan ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31