İlon Mask X platformasının alqoritmlərinə etiraz edib – ÖZƏL
24 Yanvar 15:57 DünyaOlaylar.az xəbər verir ki, ABŞ hökumətinin səmərəliliyinin artırılması məqsədilə yaradılmış yeni DOGE (Department of Government Efficiency) qurumunun rəhbəri İlon Mask X sosial şəbəkəsində qarşısına çıxan nasist salamlarını tənqid edib.
"Əgər lenti̇mdə yenə bir dənə də nasist salamı görsəm, dəli olacağam. Bu platformanın tövsiyə alqoritmi bərbad vəziyyətdədir! İndi dərhal məsul şəxslə danışmaq istəyirəm," - deyə Mask X-də paylaşım edib.
İstifadəçilər isə cavabında ona X-in sahibi olduğunu xatırladıblar.
20 yanvarda Donald Trampın inauqurasiya mərasimindən sonra çıxış edən Mask prezidentin tərəfdarlarına təşəkkürünü bildirib. Lakin çıxışı zamanı o, sağ əlini əvvəlcə sinəsinə qoyub, sonra isə ovuclarını aşağı tərəf çevirərək yan tərəfə uzadıb. Maskın bu jesti tezliklə sosial şəbəkələrdə və mediada İtaliya faşistləri və Almaniya nasistləri ilə müqayisə edilib.