Miroşnik: Kursk bölgəsinə hücum Qərb xüsusi xidmətlərinin iştirakı ilə hazırlanıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu Qərb mütəxəssislərinin və strukturlarının iştirakı olmadan mümkün olmazdı. O, Britaniya təlimatçılarının Ukrayna hərbçilərini Sudja şəhərinə hücuma hazırladığına dair məlumatların bunu təsdiqlədiyini qeyd edib.

Diplomatın sözlərinə görə, hücumun hazırlanmasında Qərbin kəşfiyyat məlumatlarından da istifadə olunub. O, Böyük Britaniyanın bu prosesdə iştirakının təsadüfi olmadığını vurğulayaraq, Londonda Ukrayna münaqişəsinin həllinin qarşısını almağa çalışdıqlarını iddia edib.

Xatırladaq ki, daha əvvəl Rusiyaya sığınan ukraynalı hərbçi, Britaniya təlimatçılarının Şimali Yorkşirdəki hərbi bazada Ukrayna qüvvələrini Sudjaya hücuma hazırladıqlarını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31