ABŞ Marsa 45 günə uçuşu sınaqdan keçirdi– ÖZƏL
24 Yanvar 2025 10:01 DünyaOlaylar.az xəbər verir ki, ABŞ General Atomics Electromagnetic Systems (GA-EMS) şirkəti NASA-nın Marşall Kosmik Uçuş Mərkəzində nüvə raket yanacağının ilk uğurlu sınaqlarını həyata keçirib. Yanacaq 2326 °C temperaturda hidrogenə qarşı dayanıqlılıq nümayiş etdirib.
Testlər 20 dəqiqə davam edib və yanacaq altı dəfə maksimum gücdə qızdırılaraq sınaqdan keçirilib. GA-EMS prezidenti S. Forni bildirib ki, bu, Marsa uçuş müddətini 6-7 aydan 45 günə endirə biləcək nüvə istilik mühərriklərinin inkişafında mühüm addımdır. Bu texnologiya kosmik missiyaların təhlükəsizliyini və effektivliyini artıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31