Rusiyada yaşayanların NƏZƏRİNƏ - 10 gün qaldı, CİDDİ ÇƏTİNLİKLƏR olacaq
09:58 DünyaYanvarın 25-dən etibarən Rusiyanın şimal-qərb bölgələrində güclü küləklər və qar fırtınası baş verə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin proqnozlarında qeyd olunub.
Mərkəzin məlumatına görə, Leninqrad vilayəti və Kareliyada küləyin sürəti saniyədə 20-25 metrə qədər çatacaq, bəzi yerlərdə isə qar yığıntıları müşahidə ediləcək.
Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, bu hava şəraiti nəticəsində bölgədə nəqliyyatın işində çətinliklər yaranması mümkündür. O, vətəndaşları ehtiyatlı olmağa və qarlı hava şəraitində mümkün qədər səyahətləri məhdudlaşdırmağa çağırıb.
Sinoptiklər qeyd edir ki, bu hava şəraiti fevral ayının əvvəllərinə qədər davam edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31