Türkiyə: “Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik təklifi masadadır” – ÖZƏL
14 Yanvar 15:54 DünyaOlaylar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki bir mənbə Ankaranın Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik təklifinin "hər zaman masada olduğunu" bildirib.
"Bu təklifimiz (vasitəçiliklə bağlı) hər zaman masadadır," - deyə mənbə RIA Novosti-yə açıqlama verib.
14 yanvar tarixində Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Rusiyanın 2024-cü ildəki diplomatik fəaliyyətlərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında, Türkiyənin Rusiya və Ukrayna arasında mümkün sülh danışıqlarında vasitəçi olmaq istədiyini vurğulayıb.
Bundan əvvəl İsveçrə hökuməti, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin 47-ci Prezidenti Donald Tramp arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələr aparmaq məqsədilə öz ərazilərində bir görüş keçirmək istəyində olduqlarını açıqlamışdı.