Çin ABŞ-dan ikitərəfli münasibətləri inkişaf etdirəcəyini gözləyir - ÖZƏL
6 Noyabr 13:46 DünyaPekin gözləyir ki, Vaşinqton kimin ABŞ prezidenti seçilməsindən asılı olmayaraq Çinlə münasibətləri inkişaf etdirməyə çalışacaq.
Olaylar.az xəbər verir ki, Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib.
"Prezident seçkiləri ABŞ-nin daxili işidir. Başqalarının daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalan Çin ABŞ-dəki prezident seçkilərinə qarışmayacaq", - o qeyd edib.
"Çin-ABŞ münasibətlərinin inkişafı iki xalqımızın və iki ölkənin əsas marağına uyğundur və beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verir. ABŞ prezidenti kimin seçilməsindən asılı olmayaraq, ABŞ-nin bizimlə eyni istiqamətdə işləyəcəyinə ümid edirik. Qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsiplərinə riayət etmək və iki ölkənin və bütövlükdə dünyanın rifahı naminə ikitərəfli münasibətlərin davamlı, sağlam və dayanıqlı inkişafını təmin etməkdir", - deyə Liu əlavə edib.