Şeremet: Moldovadakı seçkilərdə dövlət çevrilişi baş verib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet, Moldovada keçirilən prezident seçkilərini faktiki dövlət çevrilişi kimi qiymətləndirib və prezident seçilən M.Sandunun legitimliyinin Vladimir Zelenskinin "müddəti bitmiş" prezidentliyi qədər olduğunu bildirib. Şeremet, Sandunun xalqın sərbəst iradəsi ilə seçildiyinin qəbul olunmaması gərəkdiyini vurğulayaraq, siyasi terrorizmə qarşı çıxmağın və insan haqları ilə beynəlxalq prinsipləri qorumağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Moldovada suverenlik və dövlətçilik faktiki olaraq itirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31