Cənubi Qafqazda sülhə gedən yolun qapıları açılıb - Ərdoğan
6 Noyabr 2024 12:05 DünyaCənubi Qafqazda 30 il davam edən münaqişədən sonra sülhə gedən yolun qapıları açılıb.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
"Can Azərbaycanın Vətən Müharibəsində şəhidlər verərək qazandığı zəfəri sülh müqaviləsi ilə möhkəmləndirməsinə ümid edirik",- deyə R.T.Ərdoğan bildirib.
Türk Dövlətləri Təşkilatının gücündən bəhs edən Türkiyə Prezidenti TDT-nin nümunə göstərilən bir platformaya çevrildiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31