Gürcüstanı Rusiya idarə edir - Zurabişvili

Gürcüstanı Rusiya hökuməti idarə edir.

Olaylar bildirir ki,  bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

"2012-ci ildən hakimiyyətdə olan Gürcü Arzusu Partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikasına əsaslanan kampaniya aparır", - Zurabişvili bildirib.

Prezident hakim partiyanı dövlət qulluqçularını səs verməyə məcbur etməkdə, müxalifət fəallarına hücumda, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib:

"Bu, adi seçki deyil, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir".

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi 26 oktyabrda keçiriləcək. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31