Tokayev Xaçatryanı iqamətgahında qarşıladı
15 Oktyabr 12:47 DünyaQazaxıstanda səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçatryanın rəsmi qarşılanma mərasimi olub.
Olaylar xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Prezidentinin sarayında Vaaqn Xaçatryanla Qasm-Jomart Tokayev arasında görüş başlayıb.
İki ölkə prezidentlərinin Ermənistan-Qazaxıstan əməkdaşlığının inkişafı ilə bağlı gündəliyə aid məsələləri müzakirə edəcəkləri qeyd olunub.
Qeyd edək ki, Vaaqn Xaçatryanın Qazaxıstana səfəri oktyabrın 14-də başlayıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31