NATO meydan oxudu: Putinə mesajımız budur!
15 Oktyabr 2024 11:16 DünyaRusiyanın zorakılıq taktikasının NATO-ya heç bir təsiri olmayacaq. Blok Kiyevə güclü dəstəyini davam etdirəcək.
Olaylar xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
"Vladimir Putinə mesaj ondan ibarətdir ki, biz davam edəcəyik, öz istəyinə çatmaması, Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, edəcəyik. Biz NATO-yuq. Biz müdafiə ittifaqıyıq, hücum etmirik. Biz NATO ərazisindən kənarda hər hansı başqa ölkənin ərazisini ələ keçirməkdə maraqlı deyilik. Dünya tarixinin ən güclü ittifaqı olan, 1 milyard insana xidmət edən demokratik bir ittifaq olaraq istənilən təhlükə ilə üzləşməyə hazırıq. Biz heç vaxt rəqiblərimizdən qorxmayacağıq", - Rutte bildirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31