Moskvada partlayış: xəsarət alanlar var
15 Oktyabr 2024 11:02 DünyaRusiyanın paytaxtı Moskvanın cənub-qərbində avtomobildə baş vermiş insidentdən sonra qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Partlayıcı qurğunun avtomobilin altına qoyulduğu bildirilir.
Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin olunacaq.
(report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31