Hizbullahın döyüş maşını işə salındı – Rzayi
14 Oktyabr 2024 16:51 DünyaLivandakı Hizbullah hərəkatı hərbi qanadını tamamilə bərpa edib və indi İsraili çətin günlər gözləyir.
Olaylar xəbər verir ki, bunu SEPAH-ın keçmiş komandanı, general Möhsün Rzayi deyib.
"Qətl dalğası ilə üzləşdikdən sonra Hizbullah döyüş təşkilatını tamamilə yenidən qurdu. İndi Hizbullahın döyüş maşını işə salınıb və sionistləri çətin günlər gözləyir", - o bildirib.
Qeyd edək ki, Hizbullahın Hayfa yaxınlığındakı hərbi bazaya ötən gün endirdiyi zərbə nəticəsində İsrailin 4 əsgəri ölüb, 67 əsgəri yaralanıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31