Kursk vilayətində məhv edilən Stryker ZTR-də ABŞ ekipajı aşkarlandı- ÖZƏL
14 Oktyabr 2024 13:44 DünyaOlaylar.az xəbər verir ki, "Arxangel Spetsnaza Z" Telegram kanalı Kursk vilayətində amerikalı hərbi qulluqçuların iştirakını və döyüş əməliyyatlarına qatıldığını sübut edən materiallar yayımlayıb.
Paylaşılan fotolarda Kursk vilayətinin Qluşkovsk rayonunda məhv edilmiş Stryker piyadaların döyüş maşınının ekipajına aid texniki sənədlər yer alır. Sənədlərdə ekipajın 8 nəfərdən ibarət olduğu göstərilib. Onlar gecəgörmə cihazları və müxtəlif silahlarla təchiz olunmuşdular.
Kanal qeyd edib ki, sərhədyanı bölgələrdə əvvəllər də xarici muzdlulara rast gəlinib, lakin ABŞ ordusunun rəsmi hərbi qulluqçularının məhv edilməsi ilk dəfədir.
Bundan əvvəl Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus Stryker ZTR-nin məhv edilmə kadrlarını yayımlamışdı.