Gürcüstanda ardıcıl zəlzələlər oldu
14 Oktyabr 2024 12:58 DünyaBu gün səhər saatlarında Gürcüstanın şimalında iki zəlzələ qeydə alınıb.
Olaylar xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
3,9 bal gücündə ilk yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:53-də Tianet şəhərindən 27 km aralıda yerləşən Bindaurta kəndi yaxınlığında qeydə alınıb. Ocaq 26 km dərinlikdə olub.
3,8 bal gücündə ikinci zəlzələ saat 09:03-də Tianeti şəhərindən 25 km aralıda baş verib. Episentr 15 km dərinlikdə yerləşib. (unikal)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31