“Starship” beşinci sınaq uçuşunu uğurla tamamladı
14 Oktyabr 2024 11:28 Dünya"SpaceX" Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş raketin birinci mərhələsini buraxılış kompleksinə uğurla endirməyi bacarıb.
Olaylar.az xəbər verir ki, 33 raptor mühərriki ilə təchiz olunmuş dünyanın ən böyük raketi olan "Starship" beşinci sınaq uçuşu ilə Texasın cənub-şərqindəki Boka Çikada "SpaceX"in "Starbase" buraxılış meydançasından havaya qalxıb.
Uğurlu uçuşdan sonra "Super Heavy" daşıyıcı raketi tarixində ilk dəfə buraxılış kompleksinə enib. Eniş zamanı raptor mühərriklərinin bir hissəsinin partlamasına baxmayaraq, "SpaceX" mühəndisləri daşıyıcını 140 metr hündürlükdəki Meçazilla qülləsinə çatdıra biliblər.
Qeyd edək ki, əvvəlki buraxılış iyun ayında həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31