Venesuela Suriyanın Dəməşqindən keçməklə Livana humanitar yardım çatdırır – ÖZƏL
14 Oktyabr 2024 11:44 DünyaOlaylar.az xəbər verir ki, Venesuelanın xarici işlər naziri İvan Qel Pinto bildirib ki, Venesuelanın Livan üçün humanitar yardımının ilk partiyası Suriyanın paytaxtı Dəməşqə çatdırılıb.
"Bolivar xalqı və hökuməti tərəfindən göndərilən tonlarla ərzaq, dərman və ilkin ehtiyaclar terrorist İsrail dövlətinin bombardmanından zərər çəkən Livan qardaşları və bacıları üçün Dəməşqə gəlib", - Venesuelanın baş diplomatı bildirib.
Nazir əlavə edib ki, "bu, daha yaxşı gələcək uğrunda mübarizə aparan insanlara dəstək olmaq üçün nəzərdə tutulmuş həmrəylik körpüsünün ilk partiyasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31