Yalta konfransından sonra dünyanın siyasi xəritəsi dəyişib- ÖZƏL
14 Oktyabr 2024 10:50 Dünya"Gələn il fevralda Yalta konfransının 80 illiyi qeyd olunacaq. Bu konfransda Ruzvelt, Çörçill və Stalin qarşılıqlı güzəştə getərək, demək olar ki, bütün məsələlərdə razılığa gəldilər. Nəticədə, dünyanın siyasi xəritəsinin konfiqurasiyası əhəmiyyətli ərazi dəyişikliklərinə məruz qaldı". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "80 il sonra yenidən aralıq bölgüyə ehtiyac yaranıb. İndi Fransa, İtaliya, Almaniya, Yaponiya Çin və Hindistan da masada olmağa çalışır. Qurbanlar hansı ölkələr, xalqlar olacaq, bax əsas sual budur. Putin Stalin, ABŞ isə Ruzvelt Amerikası deyil, koloniyalar Çin və Hindistan dirçəlib. Britaniya da kiçilib. Fransanı, Yaponiyanın, Almaniyanın da statusu dəyişib. Buna uyğun da dünya dəyişməlidir..."