Müharibə hazırlığı: Pxenyan cənuba gedən yolları partladır
14 Oktyabr 2024 10:44 DünyaŞimali Koreya ölkəni cənub qonşusu ilə birləşdirən yolları partlatmağa hazırlaşır.
Olaylar xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən məlumat verilib.
"Oktyabrın 9-dan Koreya Xalq Ordusu Könison və Tonhe xətləri boyunca yollarda partlayış törətməklə məşğuldur", - məlumatda bildirilib.
Qeyd edilib ki, birinci xətt yarımadanın qərbində yerləşir və Keson və Paju şəhərlərini birləşdirir, ikincisi Yapon dənizi sahillərindədir. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31