Baydenlə Harris arasında gərginlik yaşanır - Axios

ABŞ Prezidenti Co Baydenin Ağ Evi ilə Kamala Harrisin komandası arasında münasibətlər seçkiyə son həftələr qalmış gərginləşib.

Olaylar xəbər verir ki, bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb.

"Hazırkı prezidentin komandası Harrisin noyabr seçkilərində qalib gəlməsini istəyir, lakin Baydenin bir çox köməkçisi prezidentin yenidən seçilməkdən imtina etməsini qəbul edə bilmir", - mənbə bildirib.

Qeyd olunur ki, Ağ Ev Baydenin iş qrafikini və vitse-prezidentin kampaniyası üçün çıxışlarını kifayət qədər koordinasiya etmir. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31