BRİCS sammiti ilə bağlı MÜHÜM AÇIQLAMA: “Onlar da gəlir”

Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində BRİCS sammiti keçiriləcək. 

Olaylar.az bildirir ki, Rusiya lideri Vladimir Putinin xarici siyasət üzrə müavini Yuri Uşakov bununla bağlı açıqlama verib. O qeyd edib ki, sammitdə 32 ölkə iştirak edəcəklərini təsdiqləyib.

"Kazana 24 ölkənin lideri gəlir. BMT-nin baş katibi Antonio Quterreş, Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı da burada iştirak edəcək".

Uşakov bildirib ki, hər gün yeni ölkələr BRİCS-ə üzv olmaq üçün müraciət edir.

"Bu cür sıx maraq fonunda təşkilatın nöqsanlı nizamnamə bölməsinin təkmilləşdirilməsinə ehtiyac var. Bunu Kazanda toplaşan zaman edəcəyik. Nizamnamə yeniləndikdən sonra tam üzvlük qəbuluna qayıda bilərik", - Uşakov əlavə edib.

Kreml, həmçinin Kazan sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüşün planlaşdırıldığını təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31