BRİKS ölkələri vətəndaşların həyat keyfiyyətini yüksəltmək öhdəliyi götürüblər — ÖZƏL
11 Oktyabr 2024 17:28 DünyaRusiya əmindir ki, kollektiv qrup olaraq BRİKS öz vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdıra biləcək.
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov BRICS ölkələrinin səhiyyə nazirlərinin Moskvada keçirilən iclasında bildirib.
"Biz əminik ki, birgə səylərimizin uğuru ölkələrimizdə həyat uzunluğunun və keyfiyyətinin artmasına gətirib çıxaracaq", - Ryabkov bildirib.
O, həmçinin Peyvəndin Tədqiqi və İnkişafı Mərkəzi, Vərəm Tədqiqat Şəbəkəsi və antimikrobiyal müqavimətlə bağlı təşəbbüslər kimi mexanizmlər vasitəsilə əməkdaşlığı genişləndirmək istəyini vurğuladı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31