Gürcüstan MSK xaricdə əlavə seçki məntəqələri açır
11 Oktyabr 2024 16:18 DünyaGürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səs vermək üçün xaricdə 7 əlavə seçki məntəqəsi açır.
Olaylar bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
Beləliklə, Afinada və Nyu-Yorkda müvafiq olaraq 4, Salonikidə isə 3 seçki məntəqəsi açılacaq, Berlin, Barselona, Roma və Parisdə isə hər birində 2 seçki məntəqəsi olacaq.
Beləliklə, xaricdə ümumilikdə 67 seçki məntəqəsi təşkil ediləcək.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31