ABŞ-nin Yəmənə zərbələri beynəlxalq hüququ pozur - ÖZƏL
11 Oktyabr 2024 13:49 DünyaABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Yəmənə endirdiyi zərbələr beynəlxalq hüququ pozur.
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqə deyib.
Verşinin və Qrundberq arasında keçirilən görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, onlar "Yaxın Şərqdə artan qeyri-sabitliyə baxmayaraq" Yəməndə siyasi prosesi gücləndirmək yollarını müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31