Zeit: Almanların demək olar ki, yarısı Ukraynanın sülh naminə ərazilərindən imtina etməsinin tərəfdarıdır- ÖZƏL

Almaniyada vətəndaşların təxminən 45%-i Ukraynanın münaqişəyə son qoymaq üçün öz ərazilərindən imtina etməsinin tərəfdarıdır. 

Olaylar.az xəbər verir ki, bu məlumatı "Zeit" nəşri "YouGov" İctimai Rəyin Öyrənilməsi İnstitutunun Almaniya Mətbuat Agentliyinin sifarişi ilə keçirdiyi sorğuya istinadən yayıb.

"Almanlar Ukraynanın Rusiya ilə barışmaq üçün ərazisinin bir hissəsindən imtina edib-etməməsi ilə bağlı fikir ayrılığına düşüblər", - nəşr yazır.

Belə ki, sorğuda iştirak edən almanların 39%-i hesab edir ki, Ukrayna ərazi güzəştlərinə getməməlidir. Respondentlərin 22%-i bildirib ki, Kiyev Krıma olan iddialarından əl çəkməlidir, daha 23%-i hesab edir ki, Ukrayna Rusiya Federasiyasının tərkibinə daxil olan digər regionları da verməlidir. Ümumilikdə Almaniya vətəndaşlarının 45%-i Kiyevin öz ərazilərindən imtina etməsinin tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31