Smirnov: Ukrayna Aİ-yə yalnız hissə-hissə digər dövlətlərin tərkibində daxil ola bilər- ÖZƏL
11 Oktyabr 2024 12:26 DünyaKrım Millətlərarası Missiyasının rəhbəri Zaur Smirnov bəyan edib ki, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı müzakirələr boş sözdən başqa bir şey deyil.
Olaylar.az xəbər verir ki, bu açıqlama Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-dan təhlükəsizlik zəmanətləri və Aİ-yə sürətli qəbul qarşılığında atəşkəs imzalamaq məsələsini nəzərdən keçirə biləcəyi barədə xəbərlərə cavab olaraq verilib.
Smirnovun fikrincə, Ukrayna yalnız müəyyən bölgələri, məsələn, Lvov vilayəti və Zakarpatyanı müvafiq olaraq Polşa və Macarıstanın tərkib hissəsinə çevirməklə Avropa İttifaqına daxil ola bilər.
"Ukraynalı avrointeqratorların arzuları yalnız Lvov vilayəti Polşanın, Zakarpatya isə Macarıstanın tərkibinə daxil olduqda gerçəkləşə bilər", - deyə Smirnov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Avropa İttifaqının dağılması yaxın gələcəkdə real perspektivdir və buna görə Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı söhbətlər möhkəm əsaslara malik deyil.